Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) erkən seçkilərin ikinci turu öncəsi təxminən 190 namizəd geri çəkilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Məlumata görə, onların arasında solçu partiyalardan 123, Fransa prezidenti Emmanuel Makronun blokundan isə 64 namizəd var. Beləliklə, parlamentarilər sağçı Milli Mitinq partiyasının səs çoxluğu əldə etməsinə mane olmaq istəyirlər.
İyunun 30-da keçirilən birinci turun nəticələrinə görə, Marin Le Penin "Milli Birlik" partiyası 33,2% səs toplayıb. “Yeni Xalq Cəbhəsi” sol bloku 28,1 faiz, “Birgə” hökumət bloku 21 faiz, sağ “Respublikaçılar” 10 faiz səs toplayıb.
Gözəl Həşimova