AZ

AÇ-nin SEVİNCİ - Foden üçüncü dəfə ata oldu

Filip Foden İngiltərə yığmasının düşərgəsinə qayıdıb.

Gənc futbolçu bir neçə gün əvvəl ailəsi ilə bağlı məsələyə görə Almaniyadan vətəninə qayıtmalı olmuşdu.

“Sky Sport”un məlumatına görə, 24 yaşlı futbolçunun üçüncü övladı dünyaya gəlib. O, bu səbəbdən qısa müddətə İngiltərəyə qayıtmışdı. Qeyd edək ki, Filipin Rebekka Kuk ilə nigahından 5 yaşlı oğlu və 2 yaşlı qızı da var. Onun komandası Avropa çempionatının 1/8 finalında iyunun 30-da Slovakiya ilə qarşılaşacaq.

Seçilən
145
28
football-plus.az

10Mənbələr