AZ

Bir qrup Rusiya gəmisi Venesuelaya gəlib

Rusiya Şimal Donanmasının bir qrup gəmisi Venesuelanın La Quayrasına çatıb.

RİA Novosti-nin məlumatına görə, limana “Kazan” atom sualtı qayığı, “Admiral Qorşkov” freqatı, təchizat tankeri “Akademik Paşin” və Rusiya Hərbi Dəniz Qüvvələrinin “Nikolay Çiker” xilasedici yedək gəmisi daxil olmaqla bir qrup gəlib.

Gəmi qrupu uzun səfərdədir və bu səfər zamanı 12-17 iyun tarixlərində Havanaya rəsmi səfər edib.

İyunun 12-də Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının gəmilər dəstəsi   yüksək dəqiqlikli silahlardan istifadə üzrə təlimləri başa vuraraq Kubanın Havana limanına gəlib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
42
dogru.az

10Mənbələr