AZ

Güləşçimiz erməni rəqibini məğlub edərək finala yüksəldi

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar. 

Xalça üzərinə çıxan 7 güləşçidən yalnız biri medal qazanmaq şansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekov (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) qalib gələrək yarımfinala yüksəlib.
İsmayıl yarımfinalda ermənistanlı Erik Matevosyanla qarşılaşıb. Güləşçimiz 2:1 hesabı ilə üstün olaraq, finala yüksəlib. 

Qeyd edək ki, final görüşü sabah keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
10
bizim.media

10Mənbələr