HƏMAS-ın hücumlarının qurbanlarının ailələri İranı məhkəməyə verib: 4 milyard dollar təzminat tələb ediblər."Deutsche Welle” xəbər verir ki, 2023-cü il oktyrabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı həlak olan bir sıra qurbanların ailələri İran, Suriya və Şimali Koreyanı ABŞ məhkəməsinə veriblər. Məlumata görə, onlar bu üç ölkəni HƏMAS-ı dəstəkləməkdə ittiham edərək 4 milyard dollar təzminat istəyiblər. Bildirilib ki, şikayət dünən İftiraya Qarşı Birlik tərəfindən Vaşinqtonun Federal Məhkəməsinə təqdim edilib. Şikayətdə İran, Suriya və Şimali Koreyanın HƏMAS-a maliyyə və hərbi dəstək verdiyi də vurğulanıb. Eltun Məmmədov
Diqqət Çəkənlər
Azərbaycanın ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulu geri çağırıldı
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 20 % artırdı
"Facebook" xəbər məzmununu bloklayır?