AZ

Salyanda avtomobil traktorla toqquşub

Salyanda minik avtomobili traktorla toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobilin traktorla toqquşması nəticəsində bir nəfər ağır yaralanıb.

Yaralı Salyan xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
181
1
apa.az

1Mənbələr