Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Rumıniya və Niderland milli komandaları üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Niderland millisi rəqibini məğlub edib – 0:3.
Oyunda hesabı 20-ci dəqiqədə Kodi Hakpo açıb.
Matçın ikinci qolunu 83-cü dəqiqədə Daniell Malen vurub.
90+3-cü dəqiqədə Daniell Malen ikinci dəfə fərqlənərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.
Bununla da Niderland milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.
APA
Tarix: 2 İyul 2024, 22:23