AZ

ADP qiymət artımı ilə bağlı Prezidentə müraciət etdi

Partiya dövlət başçısını əsassız qiymət artımları ilə bağlı mövqe bildirməyə çağırdıDünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın Mətbuat Xidmətindən “Hürriyyət”ə bildirilib k, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub.İdarə Heyətində ötən həftə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O,Baynın Azərbaycana səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər, görüşdən sonra mətbuata verilən açıqlamalar ətrafında müzakirələr aparılıb. Müzakirələrdə son zamanlar iki dövlət arasında rəsmi görüşlərin, danışıqların intensiv xarakter almasını dövlətlərarası münasibətlərin inkişafına mühüm töhvə verdiyi, ümumilikdə isə Azərbaycanın Qərbə və Avropaya inteqrasiyasının milli maraqlarımıza uyğun olduğu vurğulanıb.İdarə Heyəti ötən həftə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin erməni mediasına verdiyi açıqlamada “ermənilərin Dağlıq Qarabağa qayıdışı istənilən sülh müqaviləsinin tərkib hissəsi olmalıdır” bəyanatını kəskin tənqid edib. Müzakirələrdə qeyd edilib ki, bu cür yersiz açıqlamalar Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqla bərabər, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını əngəlləyir. İdarə Heyəti bəyan edib ki, vaxtilə Azərbaycanın Qarabağ bölgəsində yaşamış ermənilərin geri qayıtması yalnız Azərbaycan dövlətinin rəsmi razılığı və onun müəyyən etdiyi qaydalar əsasında həyata keçirilə bilər. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı müharibədə iştirak edən Qarabağ erməniləri, onların yaxınları və qohumları isə ümumiyyətlə Qarabağa qayıda bilməz.İdarə Heyəti eyni zamanda bildirib ki, yüz minlərlə azərbaycanlının Ermənistan ərazisindən zorla çıxarılmasını diqqətə almayan Qərb mənsublarının könüllü şəkildə Azərbaycan ərazilərini tərk edən bir ovuc ermənilərin geri qaytarılmasını dilə gətirməsi ədalətsiz və ikili yanaşmadır.İdarə Heyəti ötən gün ölkədə yanacaq və sərnişindaşıma qiymətlərinin artırılması ilə bağlı Taarif Şurasının verdiyi qərarla bağlı da müzakirələr aparıb. Müzakirələrdə bu qiymət artımı kəskin tənqid edilib, bu qərar Azərbaycan hakimiyyətinin iqtisadi siyasətinin iflasa uğramasının kompensasiya etmək üçün həyata keçirilən bir siyasət kimi dəyərləndirilib. İdarə Heyəti ölkədə əmək haqlarını əhəmiyyətli dərəcədə artırmadan qiymətlərin artırılmasının vətəndaşların var-yoxdan çıxmasına səbəb olduğunu nəzərə alaraq, Azərbaycan dövlət başçısını əsassız qiymət artımları ilə bağlı mövqe bildirməyə çağırıb. Müzakirələrdə qiymətlərin qalxdığı və əməkhaqlarının isə sabit qalması insanların kasıblaşmasına xidmət etdiyini nəzərə alaraq, hökumət əhalinin aztəminatlı və həssas qruplarının sosial təminatlarının gücləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin vacibliyi bildirilib.İdarə Heyəti qonşu İranda ötən həftə keçirilən prezident seçkilərinə də diqqət yönəldib. Seçkilərdə mütləq qalibin müəyyən olunmaması, seçkilərin 1-ci turunda 42 faiz səslə öndə olan Cənubi Azərbaycandan olan soydaşımız Məsud Pezeşkianın öndə olmasını nəzərə alaraq, 2-ci turda cənublu soydaşlarımızı Məsud Pezeşkiana səs verməyə çağırıb, bunu ümumilikdə milli maraqlarımıza cavab verdiyini bildirib.İdarə Heyəti son zamanlar Fransanın Ermənistanı silahlandırması məsələsinə bir daha münasibət açıqlayıb. İdarə Heyəti bunun bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini bildirirərək, Fransa dövlətini vaxtilə Rusiyanın Qafqaz xalqları arasında oynadığı çirkin oyunlardan əl çəkməyə çağırıb.İdarə Heyəti Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında mövcud durğunluğa da diqqət çəkib, sülh müqaviləsinin tezliklə imzalanmasını milli maraqlarımıza uyğun olduğunu bildirib.İdarə Heyəti cari ilin noyabr ayında ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP-29 beynəlxalq tədbirinin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində əhəmiyyət daşıdığını qeyd edib, eyni zamanda bu tədbir ərəfəsində Bakı şəhərinin bəzi yerlərdə işbazların ağacları kəsərək tikinti işlərini aparmaq cəhdlərini qətiyyətlə pisləyib, bunu COP-29-un ruhuna zidd olduğunu qeyd edib.Hazırladı: KƏNAN 

Seçilən
25
2
turanpress.com

3Mənbələr