AZ

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

İyulun 1-də Şimali Koreya yeni tipli “Hwasongpho-11Da-4.5” ballistik raketini sınaqdan keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu taktiki ballistik raket 4,5 tonluq sinif döyüş başlığı daşımağa qadirdir.

“KXDR Raket Agentliyi iyulun 1-də yeni “Hwasongpho-11Da-4.5” taktiki ballistik raketini uğurla sınaqdan keçirib”, – agentliyin açıqlamasında bildirilir.

Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, sınaq uçuşu maksimum 500 kilometr məsafədə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
42
nocomment.az

10Mənbələr