AZ

Lənkəranda minik avtomobili velosipedçini vurdu

Lənkəranda yol qəzası olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Lənkəran rayonu ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub.

O, ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

A.  Şahmarova ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reansimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin müalicəsi reansimasiya şöbəsində davam etdirilir.

Surxay Şahbazov

Seçilən
73
1
qafqazinfo.az

9Mənbələr