Amerika kubokunda qrup mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, ABŞ-da keçirilən turnirin D qrupunda iki matç baş tutub.
Braziliya Kolumbiya ilə qollu heç-heçə edib. Bu nəticə hər iki komandanı 1/4 finala daşıyıb. Kosta-Rika isə Paraqvay üzərində qələbə qazanıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları iyulun 4-dən 5-nə keçən gecə start veriləcək.
Amerika kuboku
Qrup mərhələsi, III tur
D qrupu, 3 iyul
Braziliya – Kolumbiya – 1:1
Rafinya, 12 – Daniel Munyos, 45+2
Kosta-Rika – Paraqvay – 2:1
Fransisko Kalvo, 3, Jozimar Alkoser, 7 – Ramon Sosa, 55
1 | Kolumbiya | 3 | 2 | 1 | 0 | 6-2 | 7 |
2 | Braziliya | 3 | 1 | 2 | 0 | 5-2 | 5 |
3 | Kosta-Rika | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
4 | Paraqvay | 3 | 0 | 0 | 3 | 3-8 | 0 |
İdman.biz