AZ

Qum fırtınası və tozdan 620 nəfər zərər çəkib

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Zabul Tibb Elmləri Universitetinin rəsmisi Məhəmməd Xəlili deyib: “Sistan bölgəsində tüğyan edən şiddətli fırtına ilə tozdan zərər çəkən və yaralanan 620 nəfər xəstəxanalara müraciət edib. Onlardan 25-i stasionar müalicə alıb”.

M. Xəlili təbii fəlakət səbəbindən baş verən yol-nəqliyyat qəzaları nəticəsində 16 nəfərin xəsarət aldığını söyləyib.

Seçilən
26
5
veteninfo.az

10Mənbələr