AZ

“Bu sülh deyil, gözdən pərdə asmaqdır” – Zaxarova

“Sülhlə bağlı bütün sözlər yalnız gözdən pərdə asmaqdır, bunlar publika üçün səsləndirilən, klişe sözlərdir, memlərdir”.

Medianews.az  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, bu barədə Macarıstan Baş naziri Viktor Orbanın atəşkəs təklifinə Ukraynanın reaksiyasını şərh edərkən bildirib.

“Ukraynanın məqsədi sülh yox, Qərbin tapşırığı ilə Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır. Sülhlə bağlı bütün sözlər yalnız gözdən pərdə asmaqdır. Tezis kimi əzbərlənməli və dilə gətirilməli olan sözlərdən danışırıq. Yalnız bir məqsəd var, bunu da kollektiv Qərb bəyan edib, bu da Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır”, – deyə Zaxarova vurğulayıb.

Ayşən

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
medianews.az

2Mənbələr