AZ

Tarixçi alim və arvadı təqsirli bilindi, amma həbs edilmədilər

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın məhkəməsi başa çatıb.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.

Prokuror ittiham nitqində təqsirləndirilən alimin və arvadının mənimsəmədə təqsirli bilinməsini, lakin onlara azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməməsini istəyib.

Azərbaycan Elmlər Akademiyasının nümayəndəsi, vəkil Orxan Zeynalov da ittihamçının təklifi ilə razılaşıb, cəzanın növünü məhkəmənin mülahizəsinə buraxıb.

Təqsirləndirilən şəxslər isə son sözlərində bəraətlərini tələb ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
11
publika.az

10Mənbələr