AZ

Messi Olimpiya Oyunlarına aparılmadı

Argentinanın futbol üzrə gənclərdən ibarət millisi Yay Olimpiya Oyunları üçün heyətini açıqlayıb.

AzxeberSport xəbər verir ki, baş məşqçi Xavyer Maskeranonun tərtib etdiyi heyətdə 23 yaşdan yuxarı 3 futbolçu var.

Bunlar Yulian Alvares, Jeronimo Rulli və Nikolas Otamendidir. Messi isə bu siyahıya daxil edilməyib.

Qeyd edək ki, qaydalara əsasən, Olimpiya Oyunlarına açıqlanan heyətdə 23 yaşdan böyük 3 futbolçu ola bilər.

Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avsqustun 11-dək təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
azxebersport.az

2Mənbələr