AZ

Tahir Kərimli: "Xocalıya gedəndə siqareti tərgidəcəm"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Xocalı azad olunduqdan sonra siqareti tərgidəcəyi barədə vədini yerinə yetirib-yetirmədiyinə aydınlıq gətirib.

Bizim.Media-nın məlumatına görə, deputat pravda.az-a açıqlamasında deyib ki, o, Ağdama, Şuşaya, Füzuliyə gedib, amma hələ də Xocalıya gedə bilməyib.

“Allahın izni ilə Xocalıya da gedəcəyəm. Əslində, siqareti bir neçə gündən bir, həftədə bir-iki dəfə yadıma düşəndə çəkirdim. Heç onu da ciyərimə çəkə bilmirdim, elə yalandan çəkirdim. Yoxsa meyilli deyiləm, siqaret çəkə bilmirəm. Gəncliyimdə də heç vaxt çəkməmişəm. Xocalıya gedib bu məsələyə son qoyacağam”, - T.Kərimli bildirib.

Bizim.Media

Seçilən
41
2
bizim.media

3Mənbələr