AZ

“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinə İndoneziyanın Cakarta şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Vətəndaşlara Xidmət Mərkəzinin fəaliyyəti barədə geniş təqdimat edilib.

Bu barədə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Cakartada fəaliyyət göstərən xidmət mərkəzi Azərbaycanın sözügedən Dövlət Agentliyi ilə İndoneziyanın müvafiq nazirliyi arasında imzalanmış anlaşma memorandumuna əsasən müxtəlif illərdə indoneziyalı rəsmilər üçün “ASAN xidmət” mərkəzlərində təşkil olunmuş təlimlər və burada tətbiq olunan innovativ həllərin paylaşılması nəticəsində təşəkkül tapıb.

Nümayəndə heyətini qarşılayan Cakarta Vətəndaşlara Xidmət Mərkəzinin rəhbəri mərkəzdə 300-dən çox xidmətin göstərildiyini diqqətə çatdırıb.

Həyata keçirilən xidmətlərdən məmnunluq səviyyəsinin yüksək olduğunu bildirən İndoneziya tərəfi burada vətəndaşlara şəxsiyyət vəsiqəsi, pasport, miqrasiya, vergi, lisenziyaların verilməsi və digər növ xidmətlərin təqdim olunduğunu vurğulayıb.

Burada vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə özünəxidmət köşkləri, uşaq oyun guşəsi, kafe fəaliyyət göstərir.

Mərkəzin direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fəaliyyətin qurulmasında və inkişaf etdirilməsində göstərilən mütəmadi dəstəyə görə təşəkkürünü bildirib.

Seçilən
114
40
banker.az

10Mənbələr