Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadə barəsindəki hökmdən kassasiya şikayəti verib.
E-huquq.az-ın məlumatına görə, şikayət artıq Ali Məhkəməyə təqdim edilib və hakim Ələsgər Novruzov sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadə idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Tərtər rayonundan Goranboy rayonu istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Eminova qızı Ziyadova hadisə yerində ölüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Qoşqar Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il 06 ay müddətə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə