AZ

Ukrayna defolta gedir

Ukrayna hakimiyyəti investorlarla borcun restrukturizasiyası ilə bağlı razılığa gələ bilməsələr, avqustun əvvəlində defolt elan edə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə “The Economist” jurnalının materialında deyilir.

Nəşr qeyd edir ki, hərbi əməliyyatlar Ukrayna iqtisadiyyatına böyük ziyan vurur.

Eyni zamanda, iyun ayı üzrə borcun həcmi ÜDM-in 94%-nə çatıb və ölkənin infrastrukturunun acınacaqlı vəziyyəti iqtisadi vəziyyəti daha da ağırlaşdırır.

“The Economist” qeyd edir. Kiyev Qərbdən dəstək alsa da, o, əsasən nağd puldan çox hərbi yardım şəklində gəlir və Kiyev tezliklə kəskin nağd pul çatışmazlığı ilə üzləşir.

"Ukraynanın defoltdan qaçmaq üçün bir ayı var",- deyə “The Economist” qeyd edir.

Çünki Ukraynanın borc ödənişlərinin dayandırılması avqustun 1-də başa çatır. Jurnalın yazdığı kimi, Kiyev çətin ki, bu müddət ərzində borcun silinməsi ilə bağlı özəl investorlarla razılaşa bilsin. Ən çox ehtimal olunan ssenarilər möhlətin 2027-ci ilə qədər uzadılması və ya defolt elan edilməsi ilə bağlı razılığın əldə olunmasını nəzərdə tutur, lakin istənilən halda Kiyev kreditorlara faiz ödəməyə başlamayacaq. Defolt özəl investorların Kiyevi maliyyə ilə təmin edən Qərb müttəfiqlərinin öhdəliklərinə inanmadığını göstərəcək. Nəşr yazır ki, uzunmüddətli perspektivdə bu, ölkənin yenidən qurulmasında problemlər yaradacaq./cebheinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
turkustan.az

3Mənbələr