AZ

Putin və Tramp dialoqa gedir?

“Rusiya Prezidenti Vladimir Putin və respublikaçı Donald Tramp Ukrayna ilə bağlı dialoqa getmirlər”.

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

Belə ki, o, Qərb mətbuatında Trampın guya Rusiya lideri ilə Ukraynada sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparması ilə bağlı yayılan məlumatlara münasibət bildirmək istəyinə cavab verib.

"Xeyr, bu doğru deyil",- deyə Kreml sözçüsü vurğulayıb.

Amerikanın “Politico” qəzeti daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyini nəzərdə tutan saziş bağlamaq imkanını nəzərdən keçirir, həmçinin Rusiya prezidenti ilə Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyi barədə danışıqlar aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
cebheinfo.az

5Mənbələr