AZ

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı - FOTO

Həyətində çətənə kolları yetişdirən Salyan rayon sakini saxlanılıb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əyyar Ələkbərov saxlanılıb. 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 20 kiloqram olan 12 ədəd çətənə kolu aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
50
15
avtosfer.az

10Mənbələr