AZ

Rusiya XİN: ABŞ İrəvanı və Bakını Moskva ilə əməkdaşlıqdan qoparmağa çalışır

ABŞ İrəvanı və Bakını Rusiyadan qoparmağa və dağıdıcı təsirini yaymağa çalışır.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) informasiya departamentinin direktor müavini Andrey Nastasin deyib.

Diplomat qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün universal əsas olaraq qalır: “Biz əminik ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir. Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərini tətbiq etmələri Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxarır. Təkcə bu region üçün deyil, həm də ümumi Avrasiya təhlükəsizliyi üçün dağıdıcı nəticələrə səbəb olacaq”.

Seçilən
64
9
report.az

10Mənbələr