AZ

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

İyulun 3-də Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət edən əsgər Sarkis Arturoviç Xaçatryan müəmmalı şəkildə aldığı güllə yarasından ölüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nazirliyin N saylı hərbi hissəsinin mühafizə zolağında baş verib. Nazirlik hadisənin başvermə səbəblərini araşdırır.

Ermənistan mətbuatının məlumatına görə, erməni əsgərlərin, xüsusən də müqavilə əsasında xidmət edən əsgərlərin qeyri-müəyyən şəraitdə ölməsi ilk hadisə deyil. Bu il ərzində artıq bir neçə belə hadisə qeydə alınıb. Nazirlik isə hələ də araşdırma aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
yeniazerbaycan.com

2Mənbələr