AZ

"Twitch" Rusiyada 1 milyon rubl cərimələndi

Rusiyada məhkəmə sosial media platformalarından biri olan "Twitch"i 1 milyon rubl (təxminən 12 min dollar) cərimələyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) "Twitch"ə qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə Rusiyada qadağan olunmuş məzmuna "Twitch" vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 1 milyon rubl cərimələyib.

Qeyd edək ki, bundan əvvəl də oxşar pozuntulara görə ölkədə "Twitch"ə müxtəlif cərimələr tətbiq edilib.

Malik Atilay 























Bizi Facebookda izləyin

Seçilən
77
6
525.az

10Mənbələr