AZ

Talassemiyalı uşaqların 1 milyon manat ianəsini mənimsəyənlərin məhkəməsi olub

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Nuridə Seyidova ifadə verib.

Nuridə Seyidova qurduqları şirkət və xəstələrdən pulu necə aldıqları haqqında danışıb.

Hakim Azad Məcidov 36 nəfərin şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq zərərçəkənlərin 100-lərlə olduğunu bildirib.

Seçilən
33
3
azpost.info

2Mənbələr