AZ

İlqar Nadirli "Kəpəz"dən gedir? - AÇIQLAMA

"Kəpəz" klubunun icraçı direktoru İlqar Nadiri komandanın gələcəyi üçün vəzifəsindən ayrıla biləcəyini deyib.

Bu barədə Oxu.Az saytına açıqlama verən İlqar Nadiri bildirib ki, yeni sponsor gələcəyi təqdirdə "Kəpəz" klubundakı vəzifəsindən ayrılmağa hazırıdır:

"Mən klubun yaxşı gələcəyi naminə öz vəzifəmdən getməyə hazıram. Neçə ildir "Kəpəz"dəyəm, hələ indiyədək görməmişəm ki, bir nəfər real adam çıxsın və kluba kömək etsin. Çox adamla danışıqlar olub, bəzi vədlər verilib, amma dəyişiklik olmayıb.

Bəzən mənə elə gəlib ki, hər şey bitdi, söhbətimiz tutdu, sabah super klub olacağıq. Amma vaxtı çatanda görmüşəm ki, yox, deyilənlər quru sözdür. Bunlar məni də yorub. Açığı, vəziyyətin belə getməsini istəmirəm. Axı nə qədər olar?! İki ildir Premyer Liqaya qayıtmışıq və hər mövsümdən qabaq deyirlər ki, "Kəpəz" Premyer Liqanı tərk edəcək. Çempionatda qalmaq üçün min əzab-əziyyətə qatlaşmışıq. Çətinliklərimiz çox olub, yalnız AFFA-nın və dostlarımızın sayəsində bu ağır işin öhdəsindən gəlmişik.

Məni nə vaxtdır ki, bir sual düşündürür - bu çətinliklər nə vaxt qurtaracaq? Şəxsi imkanlarım o qədər geniş deyil ki, hər dəfə problemlərin həllinə pul xərcləyim. Real bir nəfər olsa, gəlib desə ki, mən "Kəpəz"ə filan qədər vəsait ayırmağa hazıram, gedərəm. Təbii ki, mən burada 300-400 min manatdan danışmıram. Bu, Premyer Liqa üçün olduqca kiçik məbləğdir. Heç olmasa, iki-üç milyon əlavə vəsait olmalıdır ki, "Kəpəz" çempionatda normal çıxış etsin".

Seçilən
191
50
azxebersport.az

10Mənbələr