İngiltərənin “Everton” komandası heyətinə yeni futbolçu cəlb edib.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa “Marsel”indən İliman Ndiayenin transferini reallaşdırıb. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Everton” bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəyib.
Qeyd edək ki, Seneqal millisinin də üzvü olan İliman Ndiaye ötən mövsüm Fransa Liqa 1-də 30 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.