AZ

Gürcüstandan Cənubi Qafqaz açıqlaması: “tarixi qərarı alqışlayırıq”

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq”.

Medianews.az  xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili erməni həmkarı Ararat Mirzoyanla Tiflisdə keçirdiyi birgə brifinq zamanı bildirib.

“Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Qonşularımızın tələbləri ilə və imkanlarımız çərçivəsində konstruktiv dialoqun təşviqinə, regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə davam etməyə hazırıq. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaq üçün sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq”, – deyə nazir vurğulayıb.

Ayşən

Seçilən
73
1
medianews.az

2Mənbələr