AZ

Rusiyadan Azərbaycan və Ermənistanın NATO sammitinə dəvət olunmasına reaksiya- Ermənistan silahla doldurulur

Image

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin Azərbaycan və Ermənistanın 9-11 iyul tarixlərində Vaşinqtonda NATO sammitinə dəvət olunmasına münasibət bildirib.

Trend xəbər verir ki, Rusiya XİN nümayəndəsi bu barədə brifinqdə açıqlama verib.

"Bu, ABŞ-nin öz destruktiv təsirini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsidir", - o deyib.

Nastasinin sözlərinə görə, Vaşinqton Rusiyanın dostlarını və qonşularını ölkə ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır və Avropa buna göz yumur.

"NATO üzvlərinin regional məsələlər üzrə öz yanaşmalarını necə israrla irəli sürdüyünü görürük", - o deyib.

Bundan başqa, Rusiya XİN nümayəndəsi Qərbin Ermənistanın silahlandırması məsələsinə də toxunub.

"Ermənistan silahla doldurulur, onun müdafiə sektorunu yenidən qurmağa, KTMT daxilində mövcud olan kollektiv təhlükəsizlik mexanizmlərini sarsıtmağa çalışırlar", - o deyib.

Nastasin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdəki üçtərəfli kompleks razılaşmaları Bakı-İrəvan münasibətlərinin normallaşması üçün universal baza olaraq qalır.

"Əminik ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik region ölkələrinin özləri tərəfindən, regional məsuliyyət çərçivəsində təmin edilə bilər və edilməlidir", - o deyib.





Seçilən
101
3
baki-xeber.com

4Mənbələr