AZ

NATO-dan Kiyevə 40 milyardlıq yardım - Rusiya hansı reaksiyanı verəcək?

NATO ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avro həcmində hərbi yardım göstərməyə razılaşıblar.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" Avropa diplomatik mənbəsinə istinadən xəbər yayıb.

Agentlik yazır ki, iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammitdə NATO ölkələrinin liderləri tərəfindən Ukraynanın hərbi maliyyələşdirmə öhdəliklərinə dair saziş imzalanacağı gözlənilir.

Bundan əvvəl "Bloomberg" yazmışdı ki, NATO ölkələri Ukraynanı maliyyələşdirmək üçün çoxillik öhdəliklər imzalamağa hazır deyil. Mübahisələr həm də Ukrayna münaqişəsinin sonrakı inkişafının anlaşılmaması səbəbindən yaranıb.

Rusiya əmindir ki, Ukraynaya silah tədarükü münaqişənin həllinə mane olur və NATO ölkələrini bu işə birbaşa cəlb edir.

Seçilən
126
23
publika.az

10Mənbələr