“British Council” təşkilatının Azərbaycan üzrə filialının “İnstagram” səhifəsində erməni dilində reklam paylaşılması böyük narazılıqla qarşılanıb. Paylaşılan post reklama çıxarılsa da, bir müddət sonra silinib.
Təşkilat Pravda.az-a bununla bağlı narazılıqlara aydınlıq gətirib.
Bildirilib ki, erməni dilində paylaşılan post “British Council”ın İELTS proqramı ilə bağlı olub:
“Təəssüf ki, belə bir hal baş verdi. Qlobal komandanın bir səhvi idi. Komandaya tez xəbərdarlıq etdik. Sadəcə texniki səhv idi. Post paylaşılan kimi müdaxilə edildi, qısa vaxt ərzində aradan qaldırıldı”.