AZ

Dövlət Agentliyi tibb şirkətindən rəhbəri və müavinləri üçün mebel alır

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tibbi avandalıqların satışı üzrə ixtisaslaşmış “Arash Medical Company” şirkətindən mebel alacaq.

Qaynarinfo xəbər verir ki, “Araş Medical Company” Agentliyin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 71 803 manatdır.

Agenlik aşağıdakı mebelləri almağı planlaşdırır:

Rəhbər kreslosu – 15 ədədİşçi kreslosu – 150 ədədQonaq kreslosu – 30 ədədQurum rəhbərinin müavini üçün masa dəsti – 1 ədədDepartament müdürü üçün masa dəsti – 10 ədədQurum rəhbərinin müavini üçün sənəd və paltar dolab – 1 ədədQurum rəhbərinin müavini üçün TV altlığı – 1 ədədİşçi masası – 130 ədədPrinter altlığı – 20 ədədLaboratoriya stulu – 10 ədədGözləmə zalı oturacağı – 10 ədədSənəd üçün dolab – 70 ədəd.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.

Lakin şirkətin keçmiş spiker Oqtay Əsədovun nəzarətində olduğu iddia edilir. Kamran Məmmədovdan əvvəl “Arash Medical Company” şirkətinə rəhbərlik edən Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olduğu bildirilir.

TEMPİNFO

Seçilən
86
5
tempinfo.az

6Mənbələr