AZ

Quyuda təmir aparan şəxs öldü

Zaqatalada artezian quyusunda təmir aparan şəxs ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.

52 yaşlı Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev artezian quyusunda təmir işləri aparan zaman bilinməyən səbəbdən ölüb. H.Qaracayevin qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
7
bakivaxti.az

10Mənbələr