AZ

MEK-də növbəti “Açıq qapı” günləri

BAYRAQDAR MEDİA – İyulun 1-2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Açıq qapı” günləri keçirilib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.Xəbərdə bildirilir ki, ““Açıq qapı” günlərində MEK əməkdaşları buraya yaxınlaşan ziyarətçiləri kitabxana fondu ilə əyani tanış edib, sənəd sifarişini və qeydə alınması proseslərini izləmələrinə şərait yaradıb, onları maraqlandıran sualları cavablandırıblar”.Budəfəki “Açıq qapı” günlərinin ziyarətçiləri sırasında Azərbaycana elmi ezamiyyətə gələn Özbəkistanın təhsil qurumlarının nümayəndələri də olub.

Seçilən
24
1
bayraqdar.info

2Mənbələr