AZ

Rusiyalı idmançı terrorizmi dəstəkləməkdə ittiham olunur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın İstintaq Komitəsi ölkənin sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Alişeri İsmatzodanı terror fəaliyyətinə şərait yaratmaqda ittiham edib.
Bu barədə Moskvanın Şerbinski Rayon Məhkəməsi məlumat yayıb.
"Məhkəmə təqsirləndirilən İsmatzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır", - deyə məhkəmədən bildirilib.
Həmin şəxs terrorçuluq fəaliyyətinə sövq etmə və cəlb etmədə şübhəli bilinərək (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi) saxlanılıb.
Müstəntiqin sözlərinə görə, İsmatzodanın hazırda Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu var. Bundan əlavə, İsmatzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
oxu.az

10Mənbələr