İsrail hərbçiləri Livanın cənubunda Hizbullah təşkilatının silahlı qanadının komandirlərindən biri Məhəmməd Neamu Nasiri öldürüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, Nasir 2016-cı ildən Hizbullahın elit bölməsinə komandirlik edib və Livanın cənub-qərb bölgələrindən İsrailə raket hücumlarını idarə edib.
"Bundan əlavə, Nasir həm müharibə zamanı, həm də ondan əvvəl İsrailə qarşı çoxlu sayda terror hücumları təşkil edib və o, əvvəllər Hizbullah terror təşkilatında rəhbər vəzifələrdə olub", - deyə məlumatda bildirilir.
Bundan əvvəl Livanın "AlHadath" telekanalı onun ölümü barədə məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə Tire şəhərinin şərqində baş verib.