AZ

Alman şirkəti "İTA"nı aldı

Avropa İttifaqı İtaliyanın "İTA" şirkətinin səhmlərinin Almaniyanın "Lufthansa" şirkəti tərəfindən alınmasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Avropa Komissiyası "Lufthansa"nın "İTA" səhmlərinin bir hissəsini almaq təklifinə şərti razılıq verdiyini açıqlayıb.

"İTA" 2021-ci ildə 75 yaşlı "Alitalia" aviaşirkətinin bağlanmasından sonra yaradılıb. "Lufthansa" keçən il tam nəzarəti İtaliya İqtisadiyyat Nazirliyinin tabeliyində olan "İTA"nın səhmlərinin 41 faizini 325 milyon avroya almağı planlaşdırdığını açıqlamışdı.


Müəllif: Arzu
Seçilən
106
teleqraf.com

1Mənbələr