AZ

Beril qasırğasının 200 mindən çox insana təsir edəcəyi gözlənilir

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı Atlantik Okeanında əmələ gələn və Karib hövzəsini vuran Beril qasırğasından 200 mindən çox insanın təsirlənəcəyi gözlənildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) X sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.

"200 mindən çox insanın Beril qasırğasından təsirlənəcəyi gözlənilir. Onların bir çoxu infrastrukturun zədələnməsi səbəbindən köçkünlük riski ilə üzləşib" – deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, BMqT və onun tərəfdaşları təbii fəlakətdən zərər çəkənlərin təcili ehtiyaclarını qiymətləndirmək üçün ərazidə olublar.

Mərkəzi Amerikanın şimal-şərq sahillərində yerləşən Karib hövzəsi ölkəsi Belizdə də qasırğa təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Qasırğanın şiddətinin yaxın günlərdə dəfələrlə dəyişəcəyi bildirilmiş, qasırğanın Karib dənizinin mərkəzində və Yamaykaya doğru irəlilədikcə də intensivliyini qoruyacağı qeyd edilib.

Məlumat üçün qeyd edək ki, Beril qasırğası nəticəsində altı nəfərin öldüyü açıqlanıb.

Hafiz Rufizoğlu

Seçilən
119
turkic.world

1Mənbələr