Bəzi ölkələr Rusiyanın Türkiyədə inşa etdiyi Akkuyu atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsində problemlər yaradırlar.
Musavat.com xəbər verir ki, bunu layihənin icraçısı olan Rosatom dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev jurnalistlərə deyib.
Onun sözlərinə görə, maneələrə baxmayaraq, layihəni 2025-ci ildə başa çatdırmağı gözləyir: “Akkuyu layihəsinin inkişafı problemsiz deyil, ilk növbədə üçüncü dövlətlər tərəfindən bizim üçün problemlər yaranır, təchizatı məhdudlaşdırır, qarşılıqlı hesablaşmaları pisləşdirir, logistikanı məhv edirlər. Lakin biz plana uyğun olaraq stansiyanı söz verdiyimiz kimi, 2025-ci ildə enerji sistemində tam iştirak üçün hazırlamağa doğru irəliləyirik".
O, həmçinin xatırladıb ki, Siemens əvvəllər layihə üçün avadanlıq tədarük etməkdən imtina edib: "Siemens təchizatdan imtina etdi: bəzilərini istehsal etdi, bəzilərini dondurdu".
Lixaçov Türkiyədə yeni layihənin - Sinop AES-in müzakirəsini də xatırladıb: "Cənab Ərdoğan dəfələrlə bildirib ki, o, Türkiyə Respublikasında ən azı 20-25 GVt nüvə elektrik enerjisi görür. Biz Sinop layihəsinə bir az daha geniş nəzər salmağı və bəlkə də onu belə bir flaqman yaşıl klasterə çevirməyi təklif edirik. Bura yalnız nüvə enerjisi deyi, həm də külək enerjisi istehsalı, bəlkə də günəş enerjisi istehsalı ilə bağlı birgə iş aiddir”.
Aleksey Lixaçev həmçinin bildirib ki, şirkət Türkiyəyə həmçinin kiçik atom elektrik stansiyalarını təklif etməyə hazırdır.