AZ

Bu şəhərin adı Teylor Sviftə görə dəyişdiriləcək

Almaniyanın Gelzenkirxen şəhərinin adı "Eras" turnesi çərçivəsində ora səfər edəcək ABŞ-li müğənni Teylor Sviftin şərəfinə müvəqqəti olaraq dəyişdiriləcək.

Publika.az xəbər verir ki, super ulduz Teylor Sviftin iyulun 17-dən 19-dək keçiriləcək üç konsertinin şərəfinə Rur bölgəsindəki şəhərə bu ay "Sviftkirchen" adı veriləcək.

Qeyd olunub ki, ideya bir neçə həftə əvvəl petisiya yaradaraq bu təklifi irəli sürən yerli məktəbli qıza məxsusdur. Şəhərin meri Karin Velge qızın ideyasını dəstəkləyib.

Artıq şəhərin tam mərkəzində yeni adın olduğu lövhə quraşdırılıb.

Seçilən
155
5
publika.az

8Mənbələr