Bakı, TurkicWorld
Vaşinqton administrasiyası Ukraynanın istifadə etdiyi "Patriot" və "NASAMS" hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına 2,2 milyard dollar ayırıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Pentaqonun açıqlamasında bildirilib.
Qeyd edilib ki, ABŞ Müdafiə Nazirliyi "Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsündən (Ukraine Security Assistance Initiative, USAI) 2,2 milyard dollar" göndərir.
"Bu vəsait Ukrayna üçün "Patriot" və "NASAMS" hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına sərf olunacaq", - deyə nazirlikdən bildirilib.