AZ

Qafqazın ən qədim ibadətgahı - İtaliyalı tarixçilər Ağstafada FOTOLAR

Qafqazın

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində “tava təpə” abidəsində Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri aparır. Burada 3 ildir aparılan arxeoloji tədqiqatlar da öz nəticəsini verib. Araşdırmalar zamanı məlum olub ki, son tunc, ilk dəmir dövrünə aid olan abidədə ibtidai ritual tikili qalığı olan ibadətgah öz unikallığına görə tək ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunur. Abidə italyan tarixçilərinin diqqətini çəkib.Ulusum.az xəbər verir ki, "Tava təpə” abidəsi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 km aralıda yerləşir. Son tunc, ilk dəmir dövrünə aid olan “tava təpə” abidəsi Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazi olub. Abidədə 3 ildir ki Azərbaycan-İtaliya Beynəlxaq arxeoloji ekspedisiyası tədqiqatlar aparır. Üç il aparılan arxeoloji qazıntıların bəhrəsi olaraq artıq müsbət nəticələr əldə edilir. Qeyd edək ki, abidə unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqət çəkir. Strateji əhəmiyyəti olan abidənin Kür çayına yaxın olması bura insanların daha çox gəliş gedişi üçün bir növ səbəblərdən biri olub. İtaliyadan gələn arxeoloji ekspedisiyanın rəhbəri Nikola Laneri deyir ki bu abidə onları unikallığı ilə təccübləndirib. 3 illik birgə qazıntıların bəhrəsini görməyə başlayan arxeoloqlar ərazidə maraqlı tapıntılar aşkar ediblər. Kataniya Universitetinin professoru Nikola Laneri: " Bina tapdıq. Bura mətbəx kimi amma ritual xarakterlidir. İnsanlar 3500 il öncə bura gəlib yemək yeyiblər. bura bir növ yeməkxana kimi fəaliyyət göstərib. Amma bütün Qafqaz üçün xidmət edib. İnsanlar bura gəlib yemək yeyib ritual həyata keçiriblər. Buradan heyvan sümüklərini də tapdım. Biz C-14, C-15 analizləri etdik. Hazırda antropotoloqlar və digər mütəxəssislərlə birgə araşdırma aparırıq. Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilov: Ərazidən götürdüyümüz analiz nümunələri bu ərazidə 15 ci əsrdən yaşayışın olduğunu göstərməkdədir. Bu ərazidə ən maraqlı unikal tapıntılardan biri ərazidə olan ritual dini ibadətgahdır. Indiyədək Azərbaycan ərazisində, hətta cənubi Qafqazda bu tip tikili qalığı aşkar olunmayıb. Dairəvi formada inşa edilib. Mərkəzi hissəsində daim ocaq yanıb. Ocaq qurğusunun ayrı ayrı kiçik kameraları da var. Kül qatı ən azı bəzi yerlərdə bir metrdən çoxdur.Qazıntılar zamanı “tava təpə”dən ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanması, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyütmə üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər aşkar edilib. Tədqiqatlarda iştirak edən beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində İtaliyanın Kataniya Universitetindən başqa Floransiya şəhərində yerləşən elmi tədqiqat mərkəzindən də mütəxəssislər də fəaliyyət göstərir. Tədqiqat zamanı ərazidə aşkar olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata keçirilir. Analiz üçün çoxsaylı nümunələr götürülüb ki italiyada qabaqcıl loaboratoriyalara göndərilib. Həmçinin ağac qalıqları, torpağın polinoloji analizləri aparılır. Bundan sonra sonra əldə edilən nəticələr məqalələrdə dərc olunacağı planlaşdırılıb. Ulusum.az-ın Qərb Bürosu.Qafqazın

Diqqət Çəkənlər

Qarpızda neçə kalori var?

İlk 6 ildə məxfilik öyrədilməlidir

İranda “Yaşa Azərbaycan” mahnısı səslənib - VİDEO

Seçilən
5
4
ulusum.az

5Mənbələr