AZ

Digər ölkələrABŞ Yaponiyada “F-35A” qırıcıları yerləşdirməyi planlaşdırır

ABŞ yaxın bir neçə il ərzində Yaponiyaya 48 beşinci nəsil “F-35A” qırıcıları yerləşdirməyi planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.

Onun sözlərinə görə, yaxın bir neçə il ərzində Yaponiyanın Misava Hərbi Hava Qüvvələri bazasında 48 “F-35A” və 36 “F-16” qırıcısı yerləşdiriləcək: “Biz bunu həm ABŞ Silahlı Qüvvələrinin potensialının, həm də Yaponiya-ABŞ müttəfiqliyinin çəkindirmə və cavab tədbirləri imkanlarının daha da artırılmasına yönəlmiş addım kimi qiymətləndiririk”.

Seçilən
79
12
far.az

7Mənbələr