AZ

Energetika Nazirliyinə I yarımildə 2 mindən çox zəng daxil olub

Bu ilin I yarısında Energetika Nazirliyi “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2 807 zəng qəbul edib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, zənglərin 2 431-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı ilə bağlı, 171-i təşəkkür xarakterli, 205-i isə digər məsələlərlə bağlı olub.

Bütün zənglər operativ şəkildə qeydə alınaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
9
nocomment.az

10Mənbələr