AZ

Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır XƏSARƏT ALDI

Beyləqan rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.az-ın məlumatına görə, avtomobillərin toqquşması nəticəsində sərnişin, 2017-ci il təvəllüdlü R.Məlikzadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Fakt araşdırılır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
9
gundem.az

4Mənbələr