"Putin növbəti sülh sammitinə dəvət oluna bilər" - Zelenski
Rusiya prezidenti Vladimir Putin növbəti sülh sammitinə dəvət oluna bilər.
aia.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Bloomberg"ə açıqlayıb.
Dövlət başçısının sözlərinə görə, o, rusiyalı həmkarının yaxın gələcəkdə mümkün danışıqlarda iştirak edəcəyini gözləmir.
Zelenski həmçinin qeyd edib ki, Ukraynadakı münaqişəyə ədalətli son vermək üçün ABŞ və Çin arasında birgə səylər lazımdır. Bu ölkələrin liderləri fikir ayrılıqlarını bir kənara qoysalar, vasitəçi kimi çıxış edə bilərlər. Üstəlik, Pekin müharibəni dayandırmaq üçün Moskvaya təzyiq göstərə bilər.
aia.az