AZ

BOK-un mətbuat xidməti bəyanat yaydı

Paris-2024 Yay Olimpiya Oyunları ləğv olunmayacaq. Sport24.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti açıqlayıb.
 
Qurum yarışın ləğvi ilə bağlı yayılan məlumatlara bəyanatla cavab verib: "Bunun Fransa, MOK, onun prezidenti, həmçinin Olimpiya Oyunlarına qarşı dezinformasiya kompaniyasının bir hissəsi olduğu aydındır. Bunların heç bir əsası yoxdur. BOK prezidenti və bütün Olimpiya Hərəkatı iyulun 26-da keçiriləcək açılış mərasimi ilə başlayacaq Paris Olimpiya Oyunları səbirsizliklə gözləyir".
 
Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin birinci turundan sonra kütləvi narazılıqlar başlayıb. Bunun Olimpiadanın təşkilinə mane olacağı iddiaları da yayılıb.

Seçilən
49
1
sport24.az

2Mənbələr