AZ

Rusiya Türkiyənin vasitəçiliyini niyə qəbul etmədi? - Açıqlama

Astanada Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçılarının 24-cü zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı Rusiya-Ukrayna müharibəsində atəşkəslə bağlı razılığın əldə olunması üçün vasitəçi ola biləcəyini deyib.

Bəs Rusiya tərəfi bu vasitəçiliyə razı olacaqmı?

Bakupost.az -ın sualını cavablandıran politoloq Qabil Hüseynli bu vasitəçiliyin baş tutacağına inanmadığını bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlama verdiyini də bildirib:

“O bilirdi ki, Ərdoğan heç vaxtsülh yaratma prosesində iştirak edə bilməz. Çünki Türkiyə lideri Krım məsələsində Ukraynanı dayanmadan müdafiə edir. Zənnimcə, əvvəlcədən Rusiyanın Türkiyəni vasitəçi kimi qəbul etməyəcəyi bəlli idi”.

Q.Hüseynli sülhyaratma məsələsinin çox çətin olduğunu və Rusiyanın atəşkəs elan etmək istəmədiyini vurğulayıb.

Seçilən
118
36
turkustan.az

10Mənbələr