AZ

Bu xəstəlikləri olanlar yayda çox diqqətli olmalıdırlar- TÖVSİYƏLƏR

Yayda ürək-damar sistemi xəstəlikləri riski artır.

Azpost.info xəbər verir ki, həkimlərin sözlərinə görə, istidə orqanizm çoxlu maye itirir ki, bu halda da insan infarkt və ya insult keçirə bilər.

“İsti havada insan tərləyir, mayenin miqdarı azalır, nəticədə tromboz riski və buna uyğun olaraq miokard infarktı artır”, – israilli kardioloq German Qandelman deyir.

İnsan tərləyəndə qanın maye hissəsi çıxır, hüceyrələr bir-birinə yapışır. Bu, infarkt və insultun səbəbidir. Qanın maye hissəsini saxlamaq üçün mütləq su içmək lazımdır. Bu uşaqlar və yaşlılar üçün xüsusilə vacibdir. Kiçiklər və yaşlılar ən yüksək risk qrupları sayılır.

Mütəxəssislər qeyd ediblər ki, yayda çöldə olmaq üçün ən təhlükəli saatlar saat 11:00-dan 15:00-a qədərdir. Bundan başqa isti havalarda insana gündə 15 stəkan su içmək tövsiyə olunur.

Həmçinin, mütəxəssislər yayda hipertoniya və ürək çatışmazlığından əziyyət çəkənlərin özlərinə xüsusi diqqət yetirmələrini tövsiyə edirlər. İsti havalarda bu insanlar həkimlərlə məsləhətləşməli və ola bilsin ki, təyin olunan dərmanların dozasını azaltmalıdırlar.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
32
azpost.info

10Mənbələr