AZ

Əhməd özünü təqsirli bildi, ifadə vermək istəmədi

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.BAKU.NEWS bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.***Prokurorluq Əhmədin cəzadan azad edilməsini, ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsini məsləhət görüb.Prokuror qərarı elan etdikdən sonra hakim Səbinə Məmmədzadə Əhməddən özünü təqsirli bilib-bilməməsini soruşub. Əhməd özünü təqsirli bildiyini, anlaqsız vəziyyətdə cinayət törətdiyini deyib. O, ifadə vermək istəməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
16
baku.news

10Mənbələr